Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ümumtürk əlifbası yaradılması məsələsini öyrənir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ümumtürk əlifbası yaradılması məsələsini öyrənir
# 15 iyun 2012 09:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) bütün türkdilli ölkələr üçün vahid əlifba yaradılmasını təklif edir. APA-nın Qazaxıstan KİV-nə istinadən xəbərinə görə, bunu TDƏŞ-in baş katibi Xəlil Akıncı deyib.

Onun sözlərinə görə, hazırda Qazaxıstandakı Türk Akademiyası TDƏŞ-in təşəbbüsü ilə türkdilli ölkələr üçün vahid əlifba yaradılması məsələsini öyrənir: “Biz bir dilin digəri ilə əvəzlənməsi haqqında danışmırıq. Heç kim başqasına nəyisə sırımağa hazırlaşmır. Bu ideyanın əsas məqsədi bir-birimizi daha yaxşı başa düşməyimiz üçün türk dilləri əsasında vahid əlifba yaratmaqdır”.

Qeyd edək ki, TDƏŞ 2009-cu ildə Naxçıvanda keçirilən sammitin qərarına əsasən yaradılıb. Hazırda TDƏŞ-ə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir. Şuranın ilk iclası ötən il Astanada keçirilib. Növbəti iclas isə bu ilin avqustunda Bişkekdə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR