Böyük Britaniya XİN: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

Böyük Britaniya XİN: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik
# 15 iyun 2012 14:31 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, səfirlik bununla yanaşı, bir sıra görüşlər keçirərək, Ermənistan-Britaniya dostluq qrupunun iclasında separatçıların nümayəndələrinin iştirakından narahatlığını dilə gətirib.

Böyük Britaniya XİN Azərbaycanın bu ölkədəki səfirliyinə göndərdiyi cavab məktubunda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb. Məktubda qeyd olunur ki, parlament qrupu maraqların qeyri-formal qrupu olub Britaniya hökumətinin və parlamentinin rəsmi mövqeyini əks etdirmir. “Bu da onu göstərir ki, Ermənistan KİV növbəti dəfə faktları təhrif etməklə məşğuldur. Onların yaydığı informasiya təxribatdan başqa bir şey deyil” – deyə E.Abdullayev qeyd edib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin araşdırmaları nəticəsində məlum olub ki, Dağlıq Qarabağ separatçılarının Ermənistan-Britaniya dostluq qrupunun iclasında iştirakı baronessa Kerolayn Koksun şəxsi təşəbbüsü olub.

Qeyd edək ki, iyunun 13-də Ermənistanın KİV-dən bəziləri Dağlıq Qarabağ separatçılarının nümayəndə heyətinin Londona səfəri haqqında məlumat yayıb. İddiaya görə, nümayəndə heyəti Böyük Britaniyanın Lordlar Palatasında görüşlər keçirib, Ermənistan-Britaniya dostluq qrupunun illik toplantısında iştirak edib. Azərbaycan XİN ölkənin Böyük Britaniyadakı səfirliyinə bu informasiyanı araşdırmaq barədə göstəriş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR