2012-ci ildə Ermənistanı tərk edənlərin sayına dair ilk statistika açıqlanıb

2012-ci ildə Ermənistanı tərk edənlərin sayına dair ilk statistika açıqlanıb
# 16 iyun 2012 11:27 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Bu ilin ilk beş ayı ərzində 69 minə yaxın insan Ermənistanı təyyarə ilə tərk edib və geri qayıtmayıb. APA-nın “Aykakan jamanak” qəzetinə istinadən yaydığı məlumata görə, bu rəqəm Ermənistan Mülki Aviasiya Baş İdarəsinin son hesabatında öz əksini tapıb.

Ötən ilin müvafiq dövründə ölkəni 64 min nəfər tərk edib. Xəbərdə bildirilir ki, bu ilin ilk 4 ayı ərzində 50 min, may ayında isə 19 min nəfər Ermənistanı təyyarə ilə tərk edib. Hələlik ölkəni digər nəqliyyat vasitələri ilə tərk edənlərə dair statistik məlumatlar açıqlanmayıb, lakin qəzet bu il ölkədən gedənlərin sayının 100 min nəfərə yaxın olduğunu ehtimal edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR