“Hürriyet” qəzeti: Azərbaycanlılar Mehriban Əliyevanın şəhərsalma və quruculuq işləri sahəsindəki zövqündən məmnundurlar

“Hürriyet” qəzeti: Azərbaycanlılar Mehriban Əliyevanın şəhərsalma və quruculuq işləri sahəsindəki zövqündən məmnundurlar
# 16 iyun 2012 18:44 (UTC +04:00)
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, müəllif vurğulayır ki, Azərbaycanın birinci xanımı xalqın böyük sevgisini qazanıb və azərbaycanlılar Mehriban Əliyevanın şəhərsalma və quruculuq işləri sahəsindəki zövqündən məmnundurlar. Bunun ən böyük örnəyi “Baku Crystall Hall”, “Alov qüllələri” və Heydər Əliyev Mərkəzinin insanı heyran edən gözəllikləridir.
Məqalədə qeyd olunur ki, sonuncu “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edərək yüksək təşkilatçılığı ilə dünyanı heyran qoyan Azərbaycan 5 ildə milli gəlirini 12,5 milyard dollardan 64 milyard dollara çatdırıb. Qeyri-neft sektorunun inkişafı strategiyasını da mənimsəyən ölkədə adambaşına düşən milli gəlir 2005-ci ildəki 1500 dollardan bu gün 7000 dollara yüksəlib.
Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığından da bəhs edən müəllif vurğulayıb ki, hazırda Türkiyənin ölkəmizə məhsul ixracının həcmi 2 milyard dollar, idxal isə 1,3 milyard dollar təşkil edir. Beləliklə, hazırda Türkiyə Azərbaycana ən çox mal ixrac edən ölkə olub.
Azərbaycanda sürətlə davam edən quruculuq işlərindən də bəhs olunan məqalədə bildirilir ki, mindən çox Türkiyə şirkəti Bakı və regionlarda aparılan inşaat işlərində iştirak edir.
Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşaviri Qazi Bilginin “bu ölkə inanılmaz sürətlə inkişaf edir” fikirlərinə də yer verən müəllif vurğulayır ki, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına daha çox sərmayə qoymalıdırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR