Rusiya Prezident Administrasiyasının rəhbəri Azərbaycana səfər edəcək

Rusiya Prezident Administrasiyasının rəhbəri Azərbaycana səfər edəcək
# 17 iyun 2012 21:00 (UTC +04:00)
APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, səfərin əsas məqsədi iyunun 27-28-də Bakıda keçiriləcək “Azərbaycan -Rusiya dialoqu-2012” üçüncü Azərbaycan-Rusiya regional forumunda iştirak etməkdir.

Tədbirdə Rusiyanın müxtəlif regionlarından 500-dək nümayəndənin iştirakı gözlənilir. Nümayəndə heyətinə nazirlər, deputatlar, alimlər, jurnalistlər və digərləri daxildir.

Rusiya tərəfdən forumun təşkilatçısı Rusiya Prezident Administrasiyası və “Avrasiya Araşdırmalar İnstitutu” İnkişaf Fondudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR