Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı kralına başsağlığı verib

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı kralına başsağlığı verib
# 17 iyun 2012 21:20 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səuda başsağlığı məktubu ünvanlayıb. APA-nın məlumatına görə, məktubda deyilir: “Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini və daxili işlər naziri, görkəmli dövlət xadimi, qardaşınız Nayif bin Əbdüləziz Al Səudun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, bütün ailənizə, qardaş Səudiyyə Ərəbistanı xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR