Gürcüstan XİN: David Qareci ilə bağlı Gürcüstanla Azərbaycan arasında əldə olunan razılaşma qüvvədədir və yerinə yetirilir

Gürcüstan XİN: David Qareci ilə bağlı Gürcüstanla Azərbaycan arasında əldə olunan razılaşma qüvvədədir və yerinə yetirilir
# 18 iyun 2012 13:27 (UTC +04:00)
APA-nın “Qruziya Online” xəbər portalına istinadən yaydığı məlumata görə, N. Kalandadze monastıra gedən rahib Kirionun Azərbaycan sərhədçilərinin ərazini tərk etmədiyi, əksinə, monastır ətrafında sərhədçilərin sayının artmasına dair açıqlamasına münasibət bildirib. O deyib ki, Gürcüstanla Azərbaycan arasında əldə olunan razılaşma din adamları və turistlərin maneəsiz monastıra buraxılmasını nəzərdə tutur: “Bu razılaşma qüvvədədir və yerinə yetirilir. Qeyd olunan ərazilərə hər iki tərəfin sərhəd xidmətlərinin nümayəndələri nəzarət edir. Lakin bu razılaşma müvəqqətidir və Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası məsələsi həll olunana qədər qüvvədə olacaq”.

Gürcüstan XİN-in analitik-informasiya departamentinin rəhbəri Şota Utiaşvili də bəyan edib ki, razılaşma Azərbaycan sərhədçilərinin ərazini tərk etməsini nəzərdə tutmur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR