İsrailli politoloq: “Knesseti “erməni soyqırım”ı barədə qərar qəbul etməyə Türkiyə özü təhrik edir” - MÜSAHİBƏ

İsrailli politoloq: “Knesseti “erməni soyqırım”ı barədə qərar qəbul etməyə Türkiyə özü təhrik edir” - <font color=red>MÜSAHİBƏ</font>
# 18 iyun 2012 14:41 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. İsrailli politoloq Yuri Boçarovun APA-nın Moskva müxbirinə müsahibəsi.

- İsrail Knessetinin plenar iclasında uydurma “erməni soyqırımı” ilə bağlı ictimai dinləmələr keçirilib. İclas zamanı “Likud” fraksiyası da daxil olmaqla parlamentin 7 fraksiyası uydurma “erməni soyqırımı”nın tanınmasının lehinə çıxış edib. Bunu necə şərh edə bilərsiniz?

- Gəlin məsələni dramatikləşdirməyək. Knessetin həmin plenar iclasında 120 deputatdan 10-u iştirak edirdi. Onların hər birinin öz mövqeyini ifadə etmək üçün Knessetin kürsüsündə bir neçə dəqiqəsi olub. Bu mövzu bu gün KİV üçün çox əlverişlidir. Bütün çıxışlar mətbuatda çap olunur. Deputatların əksəriyyəti də bu fürsətdən istifadə edərək özlərinin mövqelərini ucadan qəzet səhifələrində elan edirlər. Məsələ bundan ibarət idi. Heç bir qərar qəbul edilməyib.

- Knessetin saxta “soyqırım”ı tanımaq ehtimalı nə qədərdir?

- Məsələ ilə bağlı Knessetin hər hansı qərar qəbul etməsi çox güman ki, beynəlxalq arenadakı vəziyyətdən asılı olacaq. İsrailin xarici siyasət istiqamətlərinin formalaşması hər zaman ətrafındakı əsas siyasi və iqtisadi tərəfdaşlarının vəziyyəti ilə əlaqəli olur. Bununla yanaşı, qeyd etməyə dəyər ki, faktiki olaraq Knesseti bu barədə qərar qəbul etməyə Türkiyə özü təhrik edir.

- "Erməni soyqırmı"nın Knessetdə müzakirəyə çıxarılması İsrailin Türkiyə ilə gərgin münasibətlərini daha da pisləşdirməzmi?

- Türkiyə ilə münasibətlər mürəkkəbdir və “soyuq müharibə” səviyyəsinə yaxınlaşır. İsrail hökumətinin bəyanatlarındakı təmkinə baxmayaraq, Türkiyə tərəfinin siyasi, iqtisadi və hərbi sahədə olan əməkdaşlığımızı qırmaq fəaliyyəti bizi beynəlxalq arenada maraqlarımızı qorumaq üçün tədbirlər görməyə məcbur edir. “Erməni soyqırımı”nın tanınması faktı hazırkı Türkiyə hökumətinə müqavimət göstərməkdə bizə nə qədər kömək edəcək, deyə bilmərəm, lakin çətin ki, münasibətlərimizi daha çox korlasın. Hər şey Türkiyənin atacağı addımlardan asılıdır.

- Knessetin ermənilərin törətdiyi Xocalı soyqırımı ilə bağlı dinləmələr keçirmək planı varmı?

- Xocalı soyqırımı ilə bağlı məsələ artıq bir neçə dəfə parlamentarlar önündə, o cümlədən Knessetin komissiyalarında Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Aziz”) nümayəndələri tərəfindən qaldırılıb. Əvvəla, bu məsələ ilə bağlı vəziyyət ziddiyyətlidir. Bizim dəfələrlə müraciət və bəyanatlarımıza baxmayaraq, Azərbaycan tərəfi rəsmi şəkildə Xocalı soyqırımının Knessetdə müzakirəyə çıxarılması üçün müraciət etməyib. Biz Azərbaycan tərəfinin rəsmi mövqeyi və dəstəyi olmadan Knessetdə bu məsələnin ciddi müzakirəsinə başlaya bilmərik. İndiyə kimi bizə olan müraciətlər “yoldaşlıq sorğusu” səviyyəsində idi. Baxmayaraq ki, Xocalı ilə bağlı konfransın keçirilməsi üçün biz bir çox strukturlardan dəstək və kömək almışıq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR