Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri seçilib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri seçilib
# 18 iyun 2012 15:21 (UTC +04:00)
APA-nın Moskva müxbirinin məlumatına görə, iyunun 15-də Astanada MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin iclası keçirilib.
Fondun İdarə Heyətinin üzvləri 2012-ci ilin ilk yarısında fondun layihə fəaliyyətinin nəticələrini, “Astana-Birliyin Mədəniyyət paytaxtı” proqramı çərçivəsində “Avrasiya mədəniyyəti yeni dünyada” beynəlxalq forumunun təşkili, “Birliyin Mədəniyyət Mərkəzləri” dövlətlərarası proqramının pilot mərhələsinin həyata keçirilməsi və Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafını müzakirə ediblər.
İclasda DHƏF İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçirilib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbəti iki il üçün yenidən bu vəzifəyə seçilib.
Qeyd edək ki, Fondun icraçı direktoru Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Smbatyandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR