Türkmənistan XİN Azərbaycanın etirazı ilə bağlı bəyanatla çıxış edib

Türkmənistan XİN Azərbaycanın etirazı ilə bağlı bəyanatla çıxış edib
# 19 iyun 2012 09:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, bəyanatda deyilir ki, Xəzərin Azərbaycana aid olmayan sektorunda elimi-tədqiqat işləri aparan mülki gəmiyə qarşı Azərbaycan sərhəd xidməti tərəfindən hüquqa zidd hərəkətlərin edilməsi cəhdi ilə əlaqədar iyunun 16-da Türkmənistan XİN Azərbaycan tərəfinə rəsmi qaydada, o cümlədən diplomatik nota göndərilməsi yolu ilə qəti etirazını bildirib: “Qeyd edilib ki, bu cür hərəkətlərin davam etməsi halında adekvat addımlar atılacaq”.

Xatırladaq ki, iyunun 18-də Türkmənistan səfiri Toylı Komekov Azərbaycan XİN-ə çağırılıb. Xaric işlər nazirinin müavini Xələf Xələfov türkmən tərəfinin Xəzərdəki mübahisəli “Kəpəz” yatağında apardığı işlə əlaqədar Azərbaycanın rəsmi etirazını səfirin diqqətinə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR