Səməd Seyidov: “Riçard Morninqstarın səfir qismində fəaliyyəti Azərbaycan-Amerika münasibətlərinin normal inkişafına xidmət edəcək”

Səməd Seyidov: “Riçard Morninqstarın səfir qismində fəaliyyəti Azərbaycan-Amerika münasibətlərinin normal inkişafına xidmət edəcək”
# 19 iyun 2012 12:09 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “Riçard Morninqstar təcrübəli diplomatdır və hesab edirəm ki, onun səfir qismində fəaliyyəti Azərbaycan-Amerika münasibətlərinin normal inkişafına xidmət edəcək". APA-nın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, R.Morninqstarın səfir vəzifəsinə təyin edilməsi iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə yüksəlməsinə imkan verəcək: “Azərbaycan-Amerika münasibətləri həmişə yüksək səviyyədə olub və strateji tərəfdaşlıq mahiyyəti daşıyıb. ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinin əhəmiyyətindən danışarkən bu vəzifəyə təyin olunan şəxsin təkcə peşəkar keyfiyyətlərinə deyil, həmçinin təcrübəsinə diqqət yetirmək lazımdır. Çünki söhbət Azərbaycanın əhəmiyyətinə görə artıq öz sərhədlərini aşan ölkə olmasından gedir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR