Azərbaycan XİN: Türkmənistan iki ölkə prezidenti arasında əldə olunmuş razılığı pozub

Azərbaycan XİN: Türkmənistan iki ölkə prezidenti arasında əldə olunmuş razılığı pozub
# 19 iyun 2012 13:11 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Türkmənistan XİN-in bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən yayılan bəyanatını şərh edən E. Abdullayev bildirib ki, prezidentlərin razılaşmasına əsasən Xəzərin dibinin bölünməsinə dair razılıq əldə edilənə qədər sektorların kəsişməsində hər hansı kəşfiyyat işləri həyata keçirilməməlidir: “Təəssüf ki, Türkmənistan bu razılığı pozmağa cəhd göstərdi və biz bununla əlaqədar öz etirazımızı və narahatlığımızı ifadə etdik. Azərbaycan Xəzər dənizində suveren hüquqlara malikdir və bu hüquqları müdafiə etmək haqqını özündə saxlayır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR