ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatını təsdiqləyib

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatını təsdiqləyib
# 20 iyun 2012 07:04 (UTC +04:00)
APA-nın Amerika Erməni Milli Komitəsinə istinadən verdiyi xəbərə görə, namizədə prioritetləri və bölgədəki vəziyyətə dair bir sıra suallar verildikdən sonra Senatdakı ermənipərəst senatorlar Robert Menendes və Barbara Bokser də onu dəstəkləyiblər.

R. Menendes və B. Bokserin suallarını cavablandıran R. Morninqstar ABŞ dövlət katibi Hillari Klintonun münaqişə tərəflərini təmkinli olmağa, 1994-cü ildə imzalanmış atəşkəs sazişi çərçivəsindəki öhdəliklərinə əməl etməyə və sülhün bərqərar olması üçün lazımi tədbirləri görməyə çağırmasını təsdiqləyib. O bildirib ki, səfir təyin olunarsa Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün lazımi səyləri göstərəcək. R. Morninqstar Culfadakı erməni məzarlığını ziyarət edəcəyini də söyləyib.

Xatırladaq ki, B. Bokser və R. Menendes Metyu Brayzanın Azərbaycanda səfir təyin olunmasını əngəlləyən senatorlar olublar. Prosedura uyğun olaraq R. Morninqstar Senatın ümumi təsdiqindən də keçməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR