Elnur Aslanov: “ABŞ-ın ölkəmizə səfir təyin etməsi iki ölkə arasında münasibətlərin siyasi sahədə yeni mərhələyə keçməsinə zəmin yaradacaq”

Elnur Aslanov: “ABŞ-ın ölkəmizə səfir təyin etməsi iki ölkə arasında münasibətlərin siyasi sahədə yeni mərhələyə keçməsinə zəmin yaradacaq”
# 21 iyun 2012 10:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Azərbaycan Prezidentinin Adminstrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

E. Aslanovun sözlərinə görə, müəyyən bir dövrdə ABŞ-ın Azərbaycanda səfirinin olmaması, səfirin yenidən təyinatı Azərbaycan-ABŞ münasibətlərinin inkişafına, dinamik əlaqələrin artmasına, istər iqtisadi, istərsə də siyasi sahədə yeni mərhələyə keçməsinə zəmin yaradacaq.

Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki «Kəpəz» yatağı ilə bağlı yaranmış problemə gəlincə, E. Aslanov bununla bağlı Xarici İşlər Nazirliyinin bəyanat verdiyini deyib: «Xarici İşlər Nazirliyinin mövqeyi bu bəyanatda aydın əks olunub. Bu bəyanatdan sonra qarşı tərəfin də mövqeyini gözləməliyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR