Azərbaycanın xarici işlər naziri Fransanın yeni səfiri Paskal Monini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri Fransanın yeni səfiri Paskal Monini qəbul edib - <font color=red>FOTO</font>
# 21 iyun 2012 15:27 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmar Məmmədyarov Paskal Monini ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Elmar Məmmədyarov yeni səfirin iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Fransalı diplomat Paskal Moni ölkəmizə səfir təyin olunmağından məmnunluq ifadə edib və Azərbaycanın müasir, tolerant və çox mədəniyyətli ölkə olduğunu vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişənin həllinin uzanmasının yol verilməz olduğunu bildirib. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən çıxmasının vacibliyini vurğulayan nazir qeyd edib ki, Ermənistan tərəfindən edilən təhriflər yol verilməzdir və işğal faktı öz adı ilə çağırılmalıdır.

Öz növbəsində Fransalı diplomat Paskal Moni bildirib ki, Azərbaycan və Fransanın ümumi maraqları çoxdur. Səfir həmçinin, qeyd edib ki, ölkə arasında müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensial mövcuddur.

Görüşdə həmçinin, ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR