Avropa Birliyinin komissarı: “”Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaş cəmiyyətlərinə maliyyə dəstəyini artırmaq və gənclərə daha çox kapital qoymaq niyyətindəyik”

Avropa Birliyinin komissarı: “”Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaş cəmiyyətlərinə maliyyə dəstəyini artırmaq və gənclərə daha çox kapital qoymaq niyyətindəyik”
# 22 iyun 2012 08:37 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle deyib. O bildirib ki, AB-nin “Şərq Tərəfdaşlığı” proqramını həyata keçirmək üçün əlindəki əsas vasitələrdən biri assosiasiya sazişidir. Bu saziş müvafiq bölgələrdə dərinləşdirilmiş və əhatəli azad ticarət zonalarının yaradılmasına yönəlib: “Moldova, Gürcüstan, Ermənistan və Azərbaycanla danışıqlar davam edir. Biz bu danışıqların inkişafını və Avropa Birliyinin 2013-cü ilin payızında keçiriləcək sammitinə qədər yekun mərhələyə çatdırılmasını, hətta paraflanmasını istəyirik”.

Ş. Füle qeyd edib ki, AB-nin bu danışıqlarda son məqsədi vizasız rejimin qurulmasıdır: “Biz vətəndaş cəmiyyəti ilə də tərəfdaşlığı dərinləşdirmək, vətəndaş cəmiyyəti qurumlarına maliyyə dəstəyini artırmaq və gənclərin “Hamı üçün Erasmus” proqramında iştirakını fəallaşdırmaqla “Şərq Tərəfdaşlığı” ölkələrinin gənclərinə daha çox kapital qoymaq niyyətindəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR