Türkiyə parlamentinin üzvü: “Azərbaycan torpaqları şərtsiz azad olunmalıdır”

Türkiyə parlamentinin üzvü: “Azərbaycan torpaqları şərtsiz azad olunmalıdır”
# 22 iyun 2012 08:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Türkiyə hər zamankı kimi işğal olunan Azərbaycan torpaqlarının şərtsiz azad edilməsi mövqeyində dayanıb”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) Amasya millət vəkili Avni Ərdəmir deyib. O bildirib ki, Türkiyə eyni zamanda münaqişənin sülh və əmin-amanlıq şəraitində həll olunmasının tərəfdarıdır. O, qeyd edib ki, Türkiyə və Azərbaycan qardaş ölkədir və onların ümumi maraqları var: “Bu səbəbdən biz bütün sahələrdə əlaqələri inkişaf etdirməliyik. Əlaqələrin iqtisadi baxımdan da inkişafı çox vacibdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR