Əli Əhmədov: “Asiya ölkələrinin siyasi partiyaları arasında əməkdaşlıq artırılmalıdır”

Əli Əhmədov: “Asiya ölkələrinin siyasi partiyaları arasında əməkdaşlıq artırılmalıdır”
# 22 iyun 2012 08:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Asiya ölkələrinin siyasi partiyaları arasında əməkdaşlıq artırılmalıdır. Çünki buna böyük ehtiyac var”. APA-nın məlumatına görə, bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İnternational Conference of Asian Political Parties - İCAPP) Bakıda keçirilən 17-ci iclasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov deyib. O bildirib ki, bu əməkdaşlıq Asiya Birliyinin yaradılmasına təkan verə bilər: “Asiyanın iqtisadi potensialı dünyada birinci yerdə olsa da, dünyada siyasi təsir qüvvəsi bir o qədər çox deyil”.

Ə. Əhmədov Asiya Birliyinin, Asiya ölkələrinin parlament ittifaqının yaradılmasının vacibliyini diqqətə çatdırıb: “Regionların taleyini həmin bölgədə yaşayan xalqlar həll etməlidir. Əks halda o xalqların taleyini həmin bölgəyə aid olmayan dövlətlər həll edir. Taleyi kənardan həll olunan bölgələr isə Asiyada daha çoxdur”.

Ə. Əhmədov bu ilin noyabrında Bakıda keçiriləcək İCAPP 7-ci Baş Assambleyasının da yüksək səviyyədə təşkil olunacağını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR