Vyetnam Kommunist Partiyasının nümayəndəsi: “Azərbaycan ali məktəblərini bitirən vyetnamlı məzunlar bu gün ölkəmizdə çox yaxşı sahələrdə işləyirlər”

Vyetnam Kommunist Partiyasının nümayəndəsi: “Azərbaycan ali məktəblərini bitirən  vyetnamlı məzunlar bu gün ölkəmizdə çox yaxşı sahələrdə işləyirlər”
# 22 iyun 2012 11:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan ali məktəblərini SSRİ zamanında bitirən vyetnamlı məzunlar bu gün ölkəmizdə çox yaxşı sahələrdə işləyirlər. Onların bir çoxu dövlət idarəçiliyində çox mühüm postlar tutublar”. APA-nın xəbərinə görə, bunu Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici İşlər Komissiyasının sədr müavini Vuonq Thua Phong bildirib. O deyib ki, ölkələr arasında tələbə mübandiləsinin olması çox gözəl ənənədir və bunun davam etdirilməsi arzuolunandır: “Düşünürəm ki, vaxtilə olan bu ənənəni davam etdirməliyik. Öz tərəfimizdən də Vietnamda təhsil almaq istəyən azərbaycanlı tələbələri qarşılamağa şad olardıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR