Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 17-ci iclası keçirilir

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 17-ci iclası keçirilir
# 22 iyun 2012 11:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İnternational Conference of Asian Political Parties - İCAPP) 17-ci iclası başlayıb. APA-nın məlumatına görə, YAP sədrinin müavini, icra katib Əli Əhmədov çıxışında bildirib ki, Asiya ölkələrinin siyasi partiyaları arasında əməkdaşlığın artırılmasına böyük ehtiyac var. O qeyd edib ki, bu əməkdaşlıq Asiya Birliyinin yaradılmasına təkan verəcək. Ə. Əhmədov Azərbaycanda siyasi partiyaların fəaliyyəti və ölkədə aparılan islahatlar, həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb.
Sonra toplantı məruzələrlə davam etdirilib.
Qeyd edək ki, konfransda 17 ölkədən 49 nümayəndə iştirak edir. İclasda Baş Assambleyanın keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunaraq təsdiqlənəcək. İki gün davam edəcək tədbir çərçivəsində konfrans iştirakçılarının Milli Məclisin sədr müavini Ziyafət Əsgərovla görüşü, Azərbaycanın mədəni-memarlıq və tarixi abidələri ilə tanışlığı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR