MSK Katibliyinin əməkdaşları və DSK sədrləri Latviyaya gedir

MSK Katibliyinin əməkdaşları və DSK sədrləri Latviyaya gedir
# 22 iyun 2012 13:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) və Latviya Mərkəzi Seçki Komissiyası ATƏT-in Bakı ofisi ilə birgə aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması ilə bağlı layihə həyata keçirir. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, layihənin hazırkı mərhələsində Azərbaycan və Latviyanın aşağı seçki komissiyaları üzvlərin təcrübə mübadiləsi nəzərdə tutulur.

Layihə çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyası Katibliyinin əməkdaşları və dairə seçki komissiyalarının sədrlərindən ibarət nümayəndə heyəti Latviyaya ezam olunacaq. 25-29 iyun tarixində Latviya Mərkəzi Seçki Komissiyası ilə bərabər Riqa şəhərində yerləşən yerli seçki komissiyaları, Konstitusiya Məhkəməsi, Ombudsman Aparatı və Regional Administrativ Məhkəmədə görüşlər keçiriləcək.

Latviyanın seçki komissiyalarının nümayəndə heyətinin də təcrübə mübadiləsi üçün Azərbaycana səfər etməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR