ARDNŞ Azərbaycanla Türkmənistan arasında diplomatik qalmaqala səbəb olmuş «Kəpəz» yatağı ilə bağlı mövqeyini açıqlayıb

ARDNŞ Azərbaycanla Türkmənistan arasında diplomatik qalmaqala səbəb olmuş «Kəpəz» yatağı ilə bağlı mövqeyini açıqlayıb
# 22 iyun 2012 14:18 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, Xəzərin sektorlara bölünməsi ilə bağlı Azərbaycan-Rusiya, Azərbaycan-Qazaxıstan və Rusiya-Qazaxıstan arasında müqavilələr bağlansa da, indiyədək Azərbaycan-İran və Azərbaycan-Türkmənistan arasında razılaşma əldə olunmayıb: «Buna görə də orta xəttə düşən «Kəpəz» yatağı mübahisəli sayılır və indiyədək istismar olunmur».

S. Qasımov bildirib ki, Azərbaycan tərəfi indiyədək bu yatağın birgə işlənməsi ilə bağlı təkliflər irəli sürsə də, bölgü tam başa çatmayanadək bu məsələ açıq qalıb.

ARDNŞ nümayəndəsi bildirib ki, Türkmənistanın həmin yataqda Türkmənistan prezidentinin İran səfəri zamanı işə başlamağa cəhd etməsi təəssüf doğurur: «Təəssüf ki, Türkmənistan prezidentinin İrana səfəri ilə eyni zamanda burada geofiziki işlərin aparılmasına cəhd edilib».

S. Qasımov Azərbaycan XİN-in mövqeyini təkrarlayaraq, bunu Azərbaycan sərhədlərinin pozulması, ölkə ərazisində işlərin aparılması kimi qiymətləndirdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR