Azərbaycan ABŞ vətəndaşları üçün viza alınması prosesini asanlaşdırır

Azərbaycan ABŞ vətəndaşları üçün viza alınması prosesini asanlaşdırır
# 23 iyun 2012 08:31 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyi vizanın alınması üçün ərizələrin verilməsi qaydalarını asanlaşdırıb. Bundan sonra Azərbaycana getmək üçün viza almaq məqsədi ilə ABŞ vətəndaşları «Travisa Outsourcing» sistemi vasitəsilə onlayn qaydada müraciət edə bilər. Bu yenilik vizalara artan tələbatın ödənilməsi, rahatlığın təmin olunması və prosesin operativliyinin izlənilməsi üçün nəzərdə tutulub.

Vizanın alınması prosesi isə bütün zəruri sənədlər təqdim olunan gündən etibarən cəmi 10 iş günü çəkəcək.

Bununla yanaşı, iyunun 25-dən ABŞ vətəndaşları üçün Azərbaycana fərdi, biznes və turizm vizasının alınması rüsumu 160 dollar, tranzit vizası isə 20 dollar olacaq.

Xatırladaq ki, diplomatik və xidməti pasportlara sahib olan ABŞ vətəndaşları vizanın alınması üçün Azərbaycanın Konsulluq Xidmətinə müraciət etməsi tələb olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR