Azərbaycan parlamentində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, spiker bildirib ki, Azərbaycan son illər bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Onun sözlərinə görə, bu ilin noyabrında Bakıda keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası da bu nüfuzlu beynəlxalq qurumun daha da inkişaf etməsi işinə öz töhfəsini verəcək.
O.Əsədov dünyadakı mürəkkəb siyasi proseslər fonunda Asiyada fəaliyyət göstərən partiyalar arasında əməkdaşlığın genişlənməsi günün tələbi olduğunu vurğulayıb: «Region dövlətlərinin hökumətlərində və parlamentlərində təmsil olunan partiyalar dövlət siyasətinə təsir etmək gücündədirlər. Bu isə onlar arasında əməkdaşlığı şərtləndirən amillərdəndir. Bu baxımdan, Azərbaycanda iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının bu mötəbər foruma üzv olmasını təqdirəlayiq hesab edirik. Belə hesab edirik ki, Asiya qitəsinin siyasi partiyaları arasında əməkdaşlıq üçün bir platformanın olması bölgədəki proseslərə öz müsbət təsirini göstərəcək. Asiya qitəsindəki mövcud problemlərin aradan qaldırılmasında bunun müstəsna əhəmiyyəti var. İnanırıq ki, 300 siyasi partiyanı birləşdirən bu forum beynəlxalq problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək. Bu mənada, Cənubi Qafqazda inkişafa böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin diqqətdə saxlanılması olduqca vacibdir. Problemlə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq qurumların qərarlarının olmasına baxmayaraq, münaqişə hələ də öz məntiqi həllini tapmayıb. Biz Asiya Siyasi Partiyalar Forumunun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. İnanırıq ki, quruma üzv partiyalar bundan sonra da bu məsələyə həssaslıqla yanaşacaq, problemin həllinə öz töhfələrini verəcəklər».
Görüşdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təmsilçisi Xose de Venesiya paytaxt Bakının belə bir tədbirə uğurla ev sahibliyi etməsini yüksək dəyərləndirərək, forumun işi, məqsəd və məramları haqqında geniş məlumat verib: «Böyük iqtisadi potensiala malik Asiya qitəsinin müxtəlif bölgələrində iqtisadi inkişafla yanaşı, münaqişə ocaqlarına da rast gəlinir. Bu baxımdan, qurum Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirir, problemin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdardır. Forum Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcək».
Onun sözlərinə görə, təşkilat bu məsələnin həllində və Azərbaycanın inkişafında ölkə prezidentinin gördüyü işləri, parlamentin fəaliyyətini yüksək dəyərləndirir. Qurumun Bakıda keçirilən tədbirinin sonunda qəbul olunacaq Bakı Bəyannaməsində bu məsələlər öz əksini tapacaq.
Qeyd edək ki, görüşdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov, millət vəkili Asəf Hacıyev, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının sədri və baş katibi Eui-yonq Çunq, forumun təmsilçiləri Müşahid Hüseyn Seyid, Ai Pinq, Teo Sambuaqa və digər rəsmi şəxslər iştirak ediblər.
Xarici siyasət

Dənizaşırı ərazilərdə internetə məhdudiyyət: Fransa ilə müqayisədə zəif sürət, yüksək qiymət - BTQ-NİN ARAŞDIRMASI

İran XİN rəhbəri: ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq

Mirzoyan və Kallas Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başlayıb
Xəbər Lenti
Astarada Əlişa qalasında qədim dövrə aid unikal hovuz kompleksi aşkarlanıb - FOTO
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Qaxın icra başçısı vəzifəsindən azad edilib
Azərbaycanda əhali ötən il neçə kiloqram ət istehlak edib?
Dövlət Komitəsi azad olunmuş ərazilərlə bağlı video-fləşmob hazırlayıb
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Qabiliyyət imtahanlarına start verilib
Dənizaşırı ərazilərdə internetə məhdudiyyət: Fransa ilə müqayisədə zəif sürət, yüksək qiymət - BTQ-NİN ARAŞDIRMASI
Gəncədə iki nəfər qidadan zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB
Çap və onlayn media ilə bağlı müsabiqənin nəticələri açıqlanıb
Azərbaycan və Türkiyə MMU dinləyicilərinin birgə hərb oyunu keçirilib
Bako Sahakyan “Hayastan” ümumerməni fondunun üzvü olduğunu məhkəmədə təsdiqləyib
Dövlət qurumlarında süni intellektin tətbiqi üçün hazırlıq işləri aparılır
“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan olub
İran XİN rəhbəri: ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq
Ermənistanın işğal vaxtı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparması məhkəmədə sübut olunub
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
Diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başlayıb
Türkiyə Prezidenti Yaxın Şərqin xəritəsinin dəyişdirilməsinə imkan verməyəcəklərini bildirib
KİV: İranın tanınmış nüvə alimlərindən biri öldürülüb
Diplomatik korpus nümayəndələri Şuşa şəhəri ilə tanış olublar - FOTO
ABŞ-ın Azərbaycandakı səfirinin müavini İranla sərhədə gedib
Kazino fəaliyyətinə dair qanunvericiliyə təklif edilən dəyişikliklərə aydınlıq gətirilib
Hakan Fidan: İsrailin məqsədi iki dövlətli həll yolunun qarşısını almaqdır
Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb, dəyəri isə artıb
Aİ səfiri: Şuşada olmaq çox gözəldir
Baş icraçı direktor: “Yaşıl” hidrogen neftlə müqayisədə tamamilə rəqabətsizdir
Bakıda xanım sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüləri saxlanılıb
Gürcüstan DTX sabiq nazir müavinini saxlayıb
"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir
Hakan Fidan Araqçi ilə görüşüb
Məşhur sovet filmində oynamış aktrisa vəfat edib
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası keçirilir
Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir
Prokurorluqda qulluqda olmanın yaş həddi artırılır
Bitcoinin enerji sərfiyyatı Polşanın istehlakını ötüb
Bazar gününün hava proqnozu açıqlanıb
Quba rayonuna prokuror təyin edilib
Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir
KİV: İran İsrailin Beyt-Şean şəhərinə PUA-larla zərbələr endirib
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri birinci oxunuşda qəbul edib
Şirvanda yük avtomobili dəmiryol infrastrukturuna ciddi ziyan vurub - FOTO
Parlamentdə Naxçıvanın muxtariyyət məsələsinə yenidən baxılması təklif olunub
Bərdədə keçmiş məhkumdan 7 kq narkotik götürülüb
İordaniya səfiri: Şuşadakı dəyişiklikləri görmək heyranedicidir
Şantaja görə həbs edilən sayt rəhbərlərinə hökm oxunub
İKTA: 26 internet provayderi tarif dəyişikliyi barədə öncədən məlumat açıqlamır