Azərbaycan və İraq hökumətlərarası komissiyanın iclası keçiriləcək

Azərbaycan və İraq hökumətlərarası komissiyanın iclası keçiriləcək
# 23 iyun 2012 23:45 (UTC +04:00)
Bakı.Anaxanım Hidayətova - APA. Bu il ilk dəfə Azərbaycan və İraq hökumətlərarası komissiyanın iclası keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə İraqın Azərbaycandakı səfiri Həydər Ş.Əlbərrak bildirib. Səfirin sözlərinə görə gələcək iclasda Azərbaycan və İraq arasındakı iqtisadi əlaqələrin əsası qurulacaq : "İraq və Azərbaycan iqtisadi münasibətlərinin parlaq gələcəyi var. Qeyd, edim ki, iki ildir bu münasibətlərin düzgün əsasını qurmuşuq”.
Səfir vurğulayıb ki "Krans Montana" forumunun Azərbaycanda keçirilməsi bu ölkənin boyuq və parlaq iqtisadi gələcəyindən xəbər vərir, - "belə bir tədbir hər hansı bir ölkədə keçirilmir, gələcək forumda İraq baş nazirinin müavini iştirak edəcək, İraqın belə bir nümayəndəsinin Azərbaycana gəlişi Azərbaycanın İraq üçün çox mühüm dövlət olduğunu bildirir.

Səfir deyib ki, gələn ayın əvvəlində Azərbaycana İraqın nümayəndələri səfər edəcək və səfər çərçivəsində artıq hazır olan Nəcəf – Bakı aviareysinin açılışı ilə bağlı saziş imzalanacaq və bu ilk addım olacaq daha sonra başqa reyslərində açılması gözlənilir. Səfir Azərbaycan rəsmilərinə istinadən bildirib ki, Azərbaycanın İraqdakı səfirliyi artıq bu il açılmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR