Minskdə Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Minskdə Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb
# 24 iyun 2012 01:34 (UTC +04:00)
Bakı-APA. Minskdə Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələrin növbəti raundu keçirilib.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər iki dövlətin xarici siyasət idarələrinin konsul xidmətləri arasında sonuncu məsləhətləşmələr aparılandan (Bakı, 9-10 dekabr 2010-cu il) sonrakı dövrdə bu xidmətlərin fəaliyyətinin əsas nəticələri barədə informasiya mübadiləsi ediblər.
Məsləhətləşmələrin iştirakçıları vətəndaşların olduqları dövlətin milli qanunvericiliyinə riayət edilməsi barədə, o cümlədən dövlətlərin xaricdəki müəssisələrinin informasiya işinin daha da gücləndirilməsi yolu ilə daha geniş məlumatlandırılması üçün səy göstərmək barədə razılığa gəliblər. Onlar iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığın konstruktiv xarakterini qeyd etmiş və bu əməkdaşlığın inkişafına, onun praktiki məzmununun zənginləşdirilməsinə kömək etməyin (seminarlar, treninqlər təşkil edilməsi, təcrübə mübadiləsi və s.) zəruri olmasını vurğulayıblar.
Tərəflər konsulluq məsələlərinə dair məsləhətləşmələrin növbəti raundunu Bakıda keçirməyi qərara alıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR