Azərbaycan prezidenti QDİƏT-in sabah İstanbulda keçiriləcək yubiley sammitində iştirak edəcək

Azərbaycan prezidenti QDİƏT-in sabah İstanbulda keçiriləcək yubiley sammitində iştirak edəcək
# 25 iyun 2012 10:24 (UTC +04:00)
APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, Albaniya və Bolqarıstan isə sammitdə baş nazir səviyyəsində təmsil olunacaqlar.

Qurumun 20 illiyinə həsr olunmuş zirvə görüşünə Serbiya və Türkiyə sədrlik edəcək. Bu iki ölkə 2012-ci ildə QDİƏT-ə sədrlik edəcəklər. Sammitdə münasibətlərin inkişafı müzakirə olunacaq, İstanbul Bəyannaməsi imzalanacaq.

“Reuters”in Ankaradakı mənbəyə istinadən yaydığı məlumata görə, Azərbaycan prezidentinin İstanbula səfəri çərçivəsində Transanadolu qaz kəmərinə dair (TANAP) hökumətlərarası saziş imzalana bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR