Bakıda “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Qafqazın gələcəyi naminə birgə səylər:  Ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq  konfrans keçiriləcək
# 25 iyun 2012 12:45 (UTC +04:00)
Bakı - APA. İyunun 28-də Bakıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), “Caucasus İnternational” və “Turkish Policy Quarterly” jurnallarının birgə təşkilatçılığı ilə “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Cənubi Qafqaz ölkələrini və Türkiyəni təmsil edən bir sıra ekspertlər iştirak edəcək.

Konfransda region dövlətlərinin müstəqillik əldə etməsinin şahidi olmuş üç şəxsin ötən əsrin 90-cı illərinin əvvəllərinə aid hadisələrin açıq və səmimi təsvirini verəcəyi, regional və qlobal səviyyədə milli identikliyin, yenidən iqtisadi strukturlaşmanın, təmsil etdikləri ölkələrin regional və qlobal miqyasda məqsəd və strategiyaları barədə fikirlərini bildirəcəkləri nəzərdə tutulur.

Hər üç ölkənin iqtisadi və siyasi baxışlarının inkişafı, mövcud tarazlığın dəyişməsi perspektivləri, Rusiya, Avropa İttifaqı, Türkiyə və ABŞ-ın regiondakı münaqişələrin həllində gələcək fəaliyyətləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR