İstanbulda Türkiyə və Azərbaycan prezidentlərinin görüşü keçirilib

İstanbulda Türkiyə və Azərbaycan prezidentlərinin görüşü keçirilib
# 26 iyun 2012 10:55 (UTC +04:00)
APA-nın Türkiyə prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, ilk olaraq Albaniyanın baş naziri Sali Berişanı qəbul edən Abdullah Gül daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Hazırda görüş davam edir. Görüş sammitin keçiriləcəyi Lütfi Kırdar Beynəlxalq Konqres Mərkəzində keçirilir. Media üçün qapalı keçirilən görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə dair məsələlərin müzakirə olunduğu bildirilir. Abdullah Gül daha sonra Serbiya prezidenti Tomislav Nikoliç, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcək, sammitə qatılmaq üçün İstanbula gələn nümayəndə heyətlərini qəbul edəcək. QDİƏT-in 20 illiyinə həsr olunmuş sammitin Bakı vaxtı ilə saat 18.00-da başlaması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR