Azərbaycan Silahlı Qüvvələrinin 94-cü ildönümü Brüsseldə qeyd edilib – FOTOSESSİYA

Azərbaycan Silahlı Qüvvələrinin 94-cü ildönümü Brüsseldə qeyd edilib – <font color=red>FOTOSESSİYA </font>
# 26 iyun 2012 12:45 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi ilə birlikdə Brüssel şəhərində rəsmi qəbul keçirib. Azərbaycanın NATO yanında nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbirdə dövlətlərin Belçika Krallığı və NATO-dakı səfirləri, bu ölkəyə, NATO və Avropa İttifaqına akkreditə olunmuş diplomatik korpusun digər üzvləri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun bir sıra digər komitələrinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri, Belçika Krallığına akkreditə olunmuş Hərbi Attaşelər və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra tədbirdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı, səfir Xəzər İbrahim və Hərbi Nümayəndə, general-mayor Hüseyn Mahmudov açılış nitqi söyləyib və qonaqları Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişafı tarixi və onun beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə məlumatlandırıblar. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olması xüsusilə qeyd olunub.

Qəbul zamanı Azərbaycan bəstəkarlarının simfonik əsərləri səsləndirilib, Azərbaycan və onun Silahlı Qüvvələri barədə video materiallar nümayiş etdirilib və qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR