Avropa Birliyi Azərbaycanda 9 nəfərin azadlığa buraxılmasını alqışlayıb

Avropa Birliyi Azərbaycanda 9 nəfərin azadlığa buraxılmasını alqışlayıb
# 27 iyun 2012 07:37 (UTC +04:00)
APA-nın xəbərinə görə, K. Eşton bəyanatında bildirib ki, bu addım ölkədə siyasi hüquqların bərpası, sərbəst toplaşmaq və söz azadlığının təmin edilməsi istiqamətində tədrici irəliləyiş əldə edilməsi yolunda Azərbaycanın atdığı tərifəlayiq addımdır: “Mən ümid edirəm ki, bu addım qanunun aliliyi və demokratiya sahəsində öhdəliklərinin yerinə yetirilməsi, əsas insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində bundan sonrakı addımlara zəmin yaradacaq”.

Bəyanatda deyilir ki, AB bu məsələdə Azərbaycana kömək etməyə hazırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR