Elnur Aslanov: “TANAP layihəsi üzrə saziş Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin bariz nümunəsidir”

Elnur Aslanov: “TANAP layihəsi üzrə saziş Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin bariz nümunəsidir”
# 27 iyun 2012 10:22 (UTC +04:00)
Bu, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin bariz bir nümunəsidir. Digər tərəfdən, bu, onu göstərir ki, bölgədə Azərbaycansız heç bir layihə gerçəkləşə bilməz. Bu layihə Azərbaycanın enerji önəmini bir daha vurğulayır, həmçinin ölkənin istər bölgə, istərsə də Avropa üçün önəmini gündəmə gətirir”. APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın uğurlu enerji siyasəti göstərir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında vacib və fəal aktor kimi iştirak edir. E. Aslanov Azərbaycanın “Nabucco” layihəsində iştirakının ikinci plana keçib-keçməməsi ilə bağlı sualı belə cavablandırıb: “Biz əvvəldən hər hansı qərar vermək istəmirik. Dəfələrlə bəyan etmişik ki, “Nabucco” yalnız Azərbaycandan asılı olan layihə deyil. Bu, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən layihədir. Təbii ki, bu layihənin həm strateji önəmi, həm də gələcəyi tamamilə fərqlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR