Estoniya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Estoniya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
# 28 iyun 2012 00:39 (UTC +04:00)
Bakı-APA. Estoniya Respublikası parlamentinin sədri xanım Ene Erqman iyunun 28-də Azərbaycana rəsmi səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycanın və Estoniyanın qanunverici orqanları arasında əməkdaşlıq, eləcə də müxtəlif sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaq.
Səfər müddətində Estoniya parlamenti sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR