AŞPA insan hüquqları müdafiəçilərinin vəziyyəti ilə bağlı xüsusi məruzəçinin təyin edilməsini istəyir

AŞPA insan hüquqları müdafiəçilərinin vəziyyəti ilə bağlı xüsusi məruzəçinin təyin edilməsini istəyir
# 28 iyun 2012 07:12 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, AŞPA üzvləri hüquq müdafiəçilərinin müdafiəsinin daha da gücləndirilməsinin zəruriliyini ifadə ediblər.

Parlamentarların fikrincə, üzv ölkələrin hökumətləri insan hüquqları müdafiəçilərinə onların öz əsas rollarını yerinə yetirə bilmələrinə imkan yaradan təhlükəsizlik şərtlərini təmin etməli və onların işinə xələl gətirməyə və onlara mane olmağa çalışanları mühakimə edərək məsuliyyətə cəlb etməlidirlər. Eyni amanda AŞPA üzvləri hüquq müdafiəçilərinin fəaliyyətinin hamı tərəfindən tanınmasına çağırıblar.

AŞPA tərəfindən qəbul edilmiş sözügedən sənəddə Avropa ölkələrində hüquq müdafiəçilərinin vəziyyətinin qənaətbəxş olmadığı və bir neçə ölkələrdə onların vəziyyətinin daha da acınacaqlı olduğu qeyd olunub. Sənəddə Azərbaycanda əsasən bir sıra yerli və xarici QHT-lərin fəaliyyətinə maneələrin yaradılması və bu təşkilatların qeydiyyata alınmaması kimi problemlər əks olunub.

Bundan başqa Azərbaycanda söz və sərbəst toplaşma azadlığının pozulması, eləcə də bəzi jurnalistlərin həbs olunmaları halları da hesabatda öz əksini tapıb. Hesabat ətrafında gedən müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Səməd Seyidov da iştirak edib. “Avropa demokratik qrupu” adından çıxış edən millət vəkili ümumilikdə hesabatı müsbət qiymətləndirib: “Hesab edirəm ki, ümumilikdə insan hüquqları və hüquq müdafiəçilərinin problemləri bir ölkəyə aid deyil, bu problem bütün Avropa ölkələrinə xasdır. Avropa Şurası bütün ölkələrdə insan hüquqlarının müdafiəçisi olmalıdır və bu məsələni hansısa ölkəyə nisbətdə siyasi alət kimi istifadə etməməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR