Azərbaycan paytaxtında “Qafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Azərbaycan paytaxtında “Qafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 28 iyun 2012 07:31 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda Cənubi Qafqaz ölkələrini təmsil edən ekspertlər, o cümlədən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş müşaviri Jirayr Libaridyan və Türkiyədən bir sıra politoloqlar iştirak edir.

Açılış nitqi ilə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, Azərbaycan öz resurslarını və uğurunu bölgə ilə bölüşə bilir: “Azərbaycan istəyir ki, hər üç region ölkəsi davamlı inkişafa nail olsun. Bunun üçün münaqişələr həll edilməlidir”.

Giriş nitqli ilə “Turkish Policy Quarterly” jurnalının naşiri Kemal Körpülü və “Caucasus İnternational”ın baş redaktoru Zaur Şiriyev də çıxış edib.

Panel şəklində təşkil olunan müzakirələrdə Jerar Libaridyanla yanaşı, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondeli və Milli Məclisin deputatı Rasim Musabəyov iştirak edir.

Konfransda region dövlətlərinin müstəqillik əldə edilməsinin şahidi olmuş üç şəxsin ötən əsrin 90-cı illərinin əvvəllərinə aid hadisələrin açıq və səmimi təsvirini verəcəyi, regional və qlobal səviyyədə milli identikliyin, yenidən iqtisadi strukturlaşmanın, təmsil etdikləri ölkələrin regional və qlobal miqyasda məqsəd və strategiyaları barədə fikirlərini bildirəcəkləri nəzərdə tutulur.

Paneldə hər üç ölkənin iqtisadi və siyasi baxışlarının inkişafı, mövcud tarazlığın dəyişməsi perspektivləri, Rusiya, Avropa İttifaqı, Türkiyə və ABŞ-ın regiondakı münaqişələrin həllində gələcək fəaliyyətləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR