Jirayr Libaridyan: “Qafqazda “soyuq müharibə” kənar qüvvələrin təsiri ilə davam edir”

Jirayr Libaridyan: “Qafqazda “soyuq müharibə” kənar qüvvələrin təsiri ilə davam edir”
# 28 iyun 2012 08:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Bakıya gəldiyim üçün sevinirəm. Bu tədbir nəticəsində yeni dostlar əldə etmək istəyirəm. Qafqazda yaşayanlar öz gələcəklərini görürlərmi? Biz hələ də məsələyə belə yanaşmırıq və problemlərin həllini bölgə səviyyəsində görmürük. Əvvəllər gözləntilər Moskvadan idisə, indi Brüssel, Strasburq və s. şəhərlərdən olub. İndi gələcəyimizi başqa yerdə axtarırıq”. APA-nın xəbərinə görə, bu sözləri Levon Ter-Petrosyanın prezidentliyi dövründə onun baş müşaviri olmuş Jirayr Libaridyan Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), “Caucasus International” və “Turkish Policy Quarterly” jurnallarının “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda Bakıda təşkil etdikləri beynəlxalq konfransda çıxışında deyib. J. Libaridyan bildirib ki, müstəqillik əldə edildikdən sonra hər kəs “soyuq müharibə”nin başa çatdığını düşündü: “Lakin soyuq müharibə Qafqazda bitmədi, kənar qüvvələrin vasitəsilə davam edir. Bu mini “soyuq müharibə”nin nə qədər davam edəcəyini bilmirik. Artıq bəllidir ki, müstəqillik o demək deyil ki, sən necə istəyirsən elə də ola bilərsən. Kiçik ölkələrdə bu, daha çox görünür. Biz çox böyük səhvlər etmişik. Dağlıq Qarabağ münaqişəsi təkcə iki ölkənin problemi deyil. Bu, həm də Gürcüstanın problemidir. Çünki belə vəziyyətdə birgə layihələri həyata keçirmək çox çətindir”.

Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondeli isə qeyd edib ki, Cənubi Qafqaz ölkələri təcrübə dovşanlarına oxşayır: “Müstəqil olduqdan sonra dövlət quruculuğunu necə aparacağımızı düşünürdük. Düşünürdük ki, hər şey yaxşı olacaq. Lakin bizim strateji mədəniyyətimiz yox idi. İlk gündən etnomillətçilik Gürcüstanı məhv etdi. Biz bu problemin öhdəsindən gəlməyə çalışırıq. Hələ də lazımı nəticələr əldə edə bilmirik. Gürcüstanda yeni inqilabi qrup təhlükəsizlik və demokratiyada ortaq nöqtəni tapmağa çalışır. Əksər hallarda müvəffəqiyyət qazanılır. Lakin çətinliklər var. Gürcüstanda elə şəxslər var ki, SSRİ haqda düşünürlər. Mən isə klassik sovet məhsulu olsam da, belə düşünmürəm. Gürcüstan çoxmillətli ölkə idi. Bu məsələdə ortaq formulu tapmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR