Vladimir Çernov: “Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər intensiv inkişaf edir”

Vladimir Çernov: “Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər intensiv inkişaf edir”
# 28 iyun 2012 08:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Rusiya-Azərbaycan regionlararası forumu tərəfdaşlığın möhkəmləndirilməsi və irəliyə doğru tədrici hərəkətə əsas yaradır”. APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən “Rusiya-Azərbaycan dialoqu-2012” adlı III Rusiya-Azərbaycan regionlararası forumunda çıxışında Rusiya prezident aparatının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Vladimir Çernov deyib. O bildirib ki, iki ölkə arasında ikitərəfli münasibətlər intensiv inkişaf edir. Geniş müqavilə-hüquq bazası və fəal iqtisadi əməkdaşlıq buna sübutdur. V. Çernov Rusiya ilə Azərbaycan arasında 2011-ci ildə ticarət dövriyyəsinin 3 milyard dollar təşkil etdiyini vurğulayıb: “Bu, hələ son hədd deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR