III Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb

III Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb
# 28 iyun 2012 10:19 (UTC +04:00)
APA-nın məlumatına görə, imzalanan sənədlər arasında Azərbaycan Dövlət iqtisad Universiteti ilə Sankt-Peterburq Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında saziş də var. Sənədi ali məktəblərin rektorları Şəmsəddin Hacıyev və İqor Maksimçev imzalayıblar. Bundan başqa Kransodar vilayətində “Mətanət-A” zavodunun tikintisinə dair investisiya sazişinin reallaşdırılması çərçivəsində “Aqasa” şirkətinin Krasnodar vilayəti ərazisində rəsmi diler səlahiyyətlərinin müəyyənləşməsinə dair saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən “Mətanət-A” şirkətinin baş direktoru Elxan Bəşirov və “Aqasa” şirkətinin direktoru Georgi Aqafonov imzalayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR