Əli Həsənov: “Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq kursu bundan sonra da davam etdiriləcək”

Əli Həsənov: “Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq kursu bundan sonra da davam etdiriləcək”
# 28 iyun 2012 10:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O Rusiyanın Azərbaycan üçün strateji tərəfdaş ölkə olduğunu vurğulayıb: “Rusiya postsovet məkanının ən böyük ölkəsidir və Azərbaycanın bu ölkə ilə münasibətlərinin mühüm əhəmiyyəti var. Rusiya ilə Azərbaycan arasındakı əlaqələr həm rus, həm də Azərbaycan xalqının maraqlarına cavab verir. Bu kurs iki ölkənin prezidentləri – İlham Əliyev və Vladimir Putin tərəfindən müəyyən olunub, strateji tərəfdaşlıq istiqamətində davam etdirilir və bundan sonra da davam etdiriləcək”.

Ə. Həsənov Forum çərçivəsində Qəbələ RLS-lə bağlı məsələnin müzakirə olunub-olunmaması ilə bağlı sualı belə cavablandırıb: “Forum çərçivəsində RLS məsələsi müzakirə olunmur. Ümumiyyətlə Forum çərçivəsində hərbi-təhlükəsizlik məsələlərindən başqa digər bütün məsələlər müzakirə olunur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR