Azərbaycan Strateji Araşdırmalar Mərkəzi ilə Gürcüstanın Strateji və Beynəlxalq Tədqiqatlar Fondu arasında Memorandum imzalanıb

Azərbaycan Strateji Araşdırmalar Mərkəzi ilə Gürcüstanın Strateji və Beynəlxalq Tədqiqatlar Fondu arasında Memorandum imzalanıb
# 28 iyun 2012 10:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Gürcüstanın Strateji və Beynəlxalq Tədqiqatlar Fondu arasında qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb. APA-nın məlumatına görə, Memorandum Gürcüstanın analoji mərkəzi ilə SAM arasında birgə layihələrin həyata keçirilməsinə imkan verəcək.

SAM-ın direktoru Fərhad Məmmədov jurnalistlərə bildirib ki, analoji memorandum SAM tərəfindən 15 ölkə ilə imzalanıb.

Qeyd edək ki, memorandumun imzalanma mərasimi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), “Caucasus International” və “Turkish Policy Quarterly” jurnallarının birgə təşkil etdiyi “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR