Nazir: “Portuqaliya Azərbaycanla iqtisadi əməkdaşlığa böyük önəm verir”

Nazir: “Portuqaliya Azərbaycanla iqtisadi əməkdaşlığa böyük önəm verir”
# 28 iyun 2012 11:32 (UTC +04:00)
Bakı. Dünal Qurbanov – APA. “Suriyada baş verən vətəndaş müharibəsi nə qədər intensivdirsə, biz onun həllindən daha da uzaqdayıq”. APA-nın xəbərinə görə, bunu Portuqaliyanın xarici işlər naziri Paulo Portas Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.

Qonaq bildirib ki, Portuqaliya Azərbaycanla iqtisadi əməkdaşlığa böyük önəm verir: “Təbii ki, neft sahəsini burda istisna etmək olar, çünki bu sahədə ölkələr arasında rəqəmlər çox aşağıdır və mütləq artırılmalıdır. Mən Bakıya geniş nümayəndə heyəti ilə gəlmişəm. İstərdim ki, bizim ölkələrimiz infrastruktur, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq etsinlər. Azərbaycanlı iş adamlarının Portuqaliya iqtisadiyyatına maraq göstərmələri və hər iki ölkə arasında biznes-forumların keçirilməsi vacibdir. Biz ikitərəfli komissiya yaradacaq və bir sıra sahələrdə bərabər işləyəcəyik”.

Türkiyə təyyarəsinin Suriya tərəfindən vurulmasına münasibət bildirən nazir xatırladıb ki, Portuqaliya NATO-da Türkiyənin tərəfdaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR