Azərbaycanın Litvadakı səfiri bu ölkənin sabiq prezidenti Valdas Adamkusla görüşüb - FOTO

Azərbaycanın Litvadakı səfiri bu ölkənin sabiq prezidenti Valdas Adamkusla görüşüb - <font color=red>FOTO</font>
# 28 iyun 2012 11:44 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın sabiq prezidenti Valdas Adamkus ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Litva dövlətinin sabiq başçısına ünvanlanmış cari ilin oktyabrında keçiriləcək Bakı Beynəlxalq Forumuna dəvət məktubu təqdim edilib.

V. Adamkus Azərbaycanın həqiqətən müstəqil siyasəti olan və regionun təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan nadir dünya dövlətlərindən olduğunu xüsusi vurğulayıb. O, belə bir mürəkkəb və çətin missiyanın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən məharətlə həyata keçirilməsindən məmnuniyyətlə bəhs edib.

Qeyd edək ki, V. Adamkus aktiv siyasətdən getməsinə baxmayaraq, Litva ictimaiyyətində öz nüfuzunu hələ də qoruyub saxlayır və Litva dövlət rəhbərliyində söz sahibidir. O, yenicə nəşrdən çıxmış “Sonuncu kadensiya” kitabını səfir Həsən Məmmədzadəyə hədiyyə edib. H. Məmmədzadə öz növbəsində V. Adamkusa “Ilham: Portrait of a President” kitabını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR