Azərbaycan prezidenti İraq baş nazirinin iqtisadi məsələlər üzrə müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İraq baş nazirinin iqtisadi məsələlər üzrə müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 28 iyun 2012 13:10 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 28-də İraq baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveysin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin böyük tarixə malik olduğunu və uğurla inkişaf etdiyini vurğulayaraq bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Siyasi sahədə əməkdaşlığımıza toxunan prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin önəmini qeyd edib. Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün də geniş imkanların olduğunu bildirib. İraq baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveysin Krans Montana Forumunda iştirakının önəmini qeyd edən prezident İlham Əliyev səfərin ikitərəfli əlaqələrimizə dair məsələlərin müzakirəsi baxımından da əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

Rouş Nuri Şaveys İraq prezidenti Cəlal Tələbaninin, baş nazir Nuri Əl-Malikinin salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycana səfərindən və prezident İlham Əliyevlə görüşündən məmnunluğunu bildirib.

Görüşdə ölkələrimiz arasında energetika sektorunda, turizm, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Dövlət başçısı Prezident Cəlal Tələbaninin və Baş nazir Nuri Əl-Malikinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İraq prezidentinə və baş nazirə çatdırmağı xahiş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR