Elmar Məmmədyarov Rumıniya prezidentinin strateji məsələlər, təhlükəsizlik və xarici siyasət üzrə məsləhətçisi ilə görüşüb

Elmar Məmmədyarov Rumıniya prezidentinin strateji məsələlər, təhlükəsizlik və xarici siyasət üzrə məsləhətçisi ilə görüşüb
# 28 iyun 2012 20:41 (UTC +04:00)
Bakı-APA.Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya prezidentinin strateji məsələlər, təhlükəsizlik və xarici siyasət üzrə məsləhətçisi Yulian Kifunu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlıq imkanları və regional proseslər, eləcə də enerji layihələri barədə müzakirələr aparılıb.
Azərbaycanın geostrateji əhəmiyyətini qeyd edən Yulian Kifu ölkəmizin Əfqanıstandakı sülhməramlı fəaliyyətini və tranzit ölkə kimi regiondakı rolunu yüksək qiymətləndirib. Rumıniyalı qonaq həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 20-ci Sammitində imzalanan Yekun Bəyannamənin əhəmiyyətini də vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycanın regionda apardığı xarici siyasətinin ölkəmizin milli maraqları üzərində qurulduğunu diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR