Azərbaycan səfiri etimadnamələrini Panama prezidenti və xarici işlər nazirinə təqdim edib - FOTO

Azərbaycan səfiri etimadnamələrini Panama prezidenti və xarici işlər nazirinə təqdim edib - <font color=red>FOTO</font>
# 29 iyun 2012 09:00 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Panama Respublikasında səfir təyin edilməsi ilə əlaqədar etimadnamələrini Panama prezidenti Rikardo Martinelli və xarici işlər naziri Roberto Enrikesə təqdim edib. Səfirlikdən APA-ya verilən xəbərə görə, İ. Muxtarov R. Martinelli və R. Enrikesi Azərbaycanın dövlətçilik tarixi, enerji sektorunun yaranması və inkişafı, ölkənin iqtisadi potensialı, mövcud biznes mühiti, Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və münaqişənin həlli istiqamətində davam edən beynəlxalq danışıqlar prosesi haqda məlumatlandırıb.

Səfər çərçivəsində İ. Muxtarov Panamanın enerji naziri Xuan Manuel Urriola, Panama XİN-in yüksək səviyyəli rəsmilərindən ibarət geniş tərkibli işçi qrupunun üzvləri, Panama Diplomatik Akademiyasının rəhbərliyi, xarici ticarət nazirinin müavini Xose Paçeko Texeira və iş adamları ilə də görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR