Azərbaycan diplomatı Amerika Yəhudi Komitəsinin gənc liderləri qarşısında çıxış edib

Azərbaycan diplomatı Amerika Yəhudi Komitəsinin gənc liderləri qarşısında çıxış edib
# 29 iyun 2012 09:09 (UTC +04:00)
Bakı – APA. Amerika Yəhudi Komitəsinin gənclər təşkilatı ACCESS-in dəvəti ilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iyunun 28-də təşkilatın gənc yəhudi liderləri qarşısında çıxış edib. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, N. Ağayev çıxışında əsasən Azərbaycanın yaxın tarixi və hazırkı inkişafı, regionda oynadığı aparıcı rol, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, Azərbaycanın ABŞ və İsraillə münasibətləri, xalqımızın qədim tolerantlıq ənənələri, Azərbaycandakı yəhudi icması və bu icmaya ölkə rəhbərliyinin göstərdiyi yüksək diqqət və digər məsələlər barədə danışıb. Çıxışdan sonra diplomat iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR