Eynulla Fətullayev : “Kristof Ştrasserin Azərbaycanla bağlı hazırladığı hesabatda 90-a yaxın siyasi məhbusun adının olması barədə məlumatlar həqiqəti əks etdirmir”

Eynulla Fətullayev : “Kristof Ştrasserin Azərbaycanla bağlı hazırladığı hesabatda 90-a yaxın siyasi məhbusun adının olması barədə məlumatlar həqiqəti əks etdirmir”
# 29 iyun 2012 11:02 (UTC +04:00)
Bu açıqlamanı APA-ya “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev verib.

O bu gün Avropa Şurası Parlament Assambleyası ilə əlaqə saxladığını deyib: “Mənə bildirildi ki, siyahıda 90 deyil, 50 nəfərə yaxın şəxsin adı var. Bundan əvvəl mətbuatda yayılan siyahı isə baza xarakteri daşıyır. Çünki həmin siyahıda artıq azadlığa buraxılan şəxslərin adı var. O adamların adı siyahıdan çıxarılacaq. Həmçinin prezident İlham Əliyevin sonuncu əfv sərəncamı ilə azadlığa buraxılan İctimai Palatanın ötən ilin aprel ayında keçirməyə cəhd etdiyi aksiyalar zamanı saxlanılan 8 nəfərin də siyahıdan çıxarılmaldır”.

E. Fətullayev K. Ştrasserin bəyannaməsinin onun ehtimallarından və təxminlərindən ibarət olduğunu söyləyib: “Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda 90 nəfər siyasi məhbusun olması barədə heç bir qətnaməsi qəbul olunmayıb. Ştrasserin bəyannaməsi isə onun ehtimalları və təxminlərindən ibarətdir. Həmin bəyannamə Assambleyanın oktyabrda keçiriləcək payız sessiyasında müzakirəyə çıxarılacaq. Ondan sonra Azərbaycanla bağlı qətnamə qəbul ediləcək. Həmçinin qeyd edim ki, Assambleyanın qərarları tövsiyə xarakteri daşıyır. Həmçinin müzakirələrə səbəb olan siyahı “siyasi məhbuslar” deyil, “ehtimal edilən siyasi məhbuslar” adını daşıyır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR