AŞPA Bürosu Kristof Ştrasserin hesabatlarının bir sənəd şəklində birləşdirilməsi təklifini qəbul etməyib

AŞPA Bürosu Kristof Ştrasserin hesabatlarının bir sənəd şəklində birləşdirilməsi təklifini qəbul etməyib
# 29 iyun 2012 11:17 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, sessiyanın son iş günündə qurumun Bürosunun iclası keçirilib. Toplantıda İnsan hüquqları və hüquqi məsələlər üzrə Komitədə alman deputat Kristof Ştrasser tərəfindən hazırlanan “Siyasi məhbuslar anlayışının təsnifi” və “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatlarla bağlı müzakirələr keçirilib. Bəzi parlamentarlar tərəfindən edilən çıxışlarda bu hesabatları birləşdirib bir sənəd şəklində qəbul edilməsi təklifləri irəli sürülsə də, bu fikrə qarşı çıxanlar olub. Nəticədə Komitənin qəbul etdiyi bu qətnamələrin gələcəkdə bir-birindən ayrı şəkildə müzakirə edilməsi qərara alınıb. Büro üzvləri bildiriblər ki, birinci qətnamə yalnız Azərbaycana deyil, bütün Avropa ölkələrinə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR