Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin konfransı keçiriləcək

Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin konfransı keçiriləcək
# 29 iyun 2012 12:05 (UTC +04:00)
Bakı – APA. İyulun 1-7-də Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NİSA) “Crisis response: İnternational Communities’ approaches, capacities and resources” mövzusuna həsr olunmuş konfransı keçiriləcək. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə yerli, o cümlədən NATO-ya üzv və tərəfdaş ölkələrdən iştirakçıların qatılması nəzərdə tutulur. Tədbirin açılış mərasimində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rumıniyanın Azərbaycandakı səfiri Daniel Cristian Ciobanunun çıxışları nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR