Mixail Saakaşvili Gürcüstanda baş verən dağıdıcı daşqınlarla əlaqədar Azərbaycana səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb

Mixail Saakaşvili Gürcüstanda baş verən dağıdıcı daşqınlarla əlaqədar Azərbaycana səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb
# 29 iyun 2012 13:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Gürcüstan prezidentinin rəsmi saytında məlumat yerləşdirilib. Xəbərdə Mixail Saakaşvilinin Crans Montana Forumunda iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev və forumun təsisçisi və icraçı sədri Jan-Pol Karteronun dəvəti ilə Bakıda səfərdə olduğu, lakin Sameqreloda baş verən daşqınlarla əlaqədar səfərini yarımçıq qoyaraq ölkəsinə qayıtdığı bildirilir.

Xatırladaq ki, Gürcüstanda yağan aramsız leysan yağışları Gürcüstanın qərbində güclü daşqınlara səbəb olub. Kəndlər su altında qalıb, yollar və körpülər dağılıb. Yeddi kənddə vəziyyət kritik həddədir. Daşqının nəticələrinin aradan qaldırılması üçün regiona mobil qüvvələr və texnika gətirilib, bir neçə yerdə xüsusi qərargahlar yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR